13 C
Baku
Tuesday, November 4, 2025

Clive Wearing – 30 saniyə yaddaşa malik insan

Clive Wearing – amneziyanın nadir növlərindən birindən əziyyət çəkən britaniyalı musiqiçidir. O öz həyatının son bir neçə saniyəsini xatırlayır.

Clive 1985-ci ildə ensefalitin herpetik növü ilə üzləşir və herpes virusu onun beyninə düşür. Clive-ın beyni əldə edilmiş məlumatın qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürülməsi qabiliyyətini itirir.

Musiqiçinin həyat yoldaşının bildirdiyinə görə o, 7-30 saniyə arasında baş verən hadisələri yadda saxlaya bilir. Təqribi olaraq hər 20 saniyədən bir o “oyanır” və öz şüurunu “təzələyir”. Clive öz keçmiş həyatından çox az şeyi xatırlayır. Məsələn, o bilir ki, onun ilk nigahından övladları var, lakin onların adlarını xatırlamır.

İndi isə Clive bu xəstəlik ilə üzləşmədən bir il əvvəl ailə həyatı qurduğu Debora ilə yaşayır. O Deboranı hər dəfə gördükdə ilk dəfə qarşılaşdığı zaman yaşadığı sevinci yaşayır. Clive nahar etdikdə isə yeməyin dadlarını deyil, sadəcə adlarını xatırlayır.

Clive-ın öz fikirlərini qeyd etdiyi gündəliyi də var. Bu gündəliyin bütün səhifələri eyni qeydləri daşıyır:

7:31 – Mən tamamilə oyandım
9:06 – Mən həqiqətən oyandım
9:34 – Mən oyandım

O əvvəl yazdığı bütün sətirləri qaralayır, çünki onları əvvəl nəyə görə yazdığını xatırlamır. 2007-ci ildə Clive-ın səhifələrində onun necə daim “oyandığı” yazılan gündəliyin yazılmasının 20 ili tamam oldu.

Son xəbərlər
Digər xəbərlər