16 C
Baku
Wednesday, October 30, 2024

“Ziraat Bank Azərbaycan” Qanvermə aksiyası həyata keçirdi

Sosial məsuliyyət layihələriylə hər zaman seçilən “Ziraat Bank Azərbaycan” həm Böyük Qələbəmizin həyatımıza sonsuz fərəh və iftixar duyğuları bəxş etdiyi, həmdə koronavirus infeksiyasının ölkəmizdə çətinliklər yaratdığı bir vaxtda könüllü qan donorluğuna dəstək tədbiri kimi, ölkədə qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyası təşkil etdi.

Qanvermə aksiyası Bankın Baş ofis ve filiallarında Bank işçiləri arasında həyata keçirilmişdir. Bank işçiləri bu aksiyada aktiv iştirak edərək bu çətin dövrdə həmrəylik nümunəsi göstərmişdir.

“Ziraat Bank Azərbaycan” qan vermə aksiyasının vətəndaşlarımızın həyatı üçün son dərəcə vacib olduğunu qeyd edərək digər qurumları da bu aksiyada iştirak etməyə, donor olmaqdan çəkinməməyə və ehtiyacı olan vətəndaşlarımıza sağlamlıq mübarizəsində dəstək olmağa çağırmışdır.

Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 5 filialı mövcuddur. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

IMG 20201201 WA0068

Son xəbərlər
Digər xəbərlər