10 C
Baku
Wednesday, December 11, 2024

“Microsoft Teams” “CarPlay” dəstəyini alacaq və zəngləri cihazlar arasında “ötürməyə” imkan verəcək – Video

“Microsoft”un korporativ messenceri olan “Teams” yenilənib. Xüsusilə, şirkət kontaktları, səsli mesajları və zəng tarixçəsini bir yerdə birləşdirib.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Bundan sonra istifadəçilər audio və video zəngləri desktop tətbiq və onun mobil versiyası arasında “köçürə” biləcəklər. Zəngə qoşulmaq üçün digər cihazlardan da istifadə etmək mümkün olacaq. Bu funksiya 2021-ci ilin əvvəllərində işə salınacaq.

“Teams” görüşlərini yazan istifadəçilər bunu həm də “SharePoint” və “OneDrive” vasitəsilə edə biləcəklər. Bu, istifadəçilər arasında fayl mübadiləsini sadələşdirəcək.

Eyni zamanda “Microsoft” avtomobilin multimedia sisteminə smartfonları qoşmağa imkan verən “CarPlay” funksiyasının dəstəyini əlavə edəcək. Məsələn, istifadəçilər Siri səs köməkçisindən zəng üçün istifadə edə biləcəklər. “Android Auto” dəstəyinin nə zaman çıxacağı hələ məlum deyil.

Son xəbərlər
Digər xəbərlər