Bu ilin dekabr ayında icarəyə götürülmüş və ABŞ nefti ilə yüklənmiş 20 tanker ABŞ-ın Atlantik sahillərindəki terminallardan Asiyaya göndərilə bilər.
Bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Məlumata görə, gəmilərdən çoxu göyərtəsində təxminən 2 mln. barel neft daşıya bilən supertankerlərdir.
Qeyd edilir ki, oktyabr ayında ABŞ-dan Asiya ölkələrinə neft ilə yüklənmiş 26 tanker göndərilib, noyabr ayında isə bu göstərici 35% azalıb.
Hazırda icarəyə götürülmüş bütün tankerlər dekabr ayında Asiya ölkələrinə neft çatdıracağı halda, ümumi tədarük həcmi oktyabrda qeydə alınan göstəricini üstələyəcək.