20 C
Baku
Tuesday, October 8, 2024

İlin əvvəlindən 43 bank filial açıldı

1 oktyabr tarixində Bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası olan maliyyə təşkilatlarının sayı ötən rüb ilə müqayisədə 3 ədəd artaraq, 204-ə çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkə banklarının sayı ötən rüb olduğu kimi bu rüb də 44 ədəddir. Bunlarda 2 bank dövlət, 42 bank isə özəl banklardır. Ölkə banklarının filialları isə artmaqda davam edir. Belə ki, ötən rüb ilə müqayisədə filialların sayı 17, ilin əvvəlindən isə 43 ədəd artıb.

Ötən rüb ilə müqayisədə isə bank şöbələrinin sayı 2 ədəd azalaraq, şöbələrin sayı 155-ə enib.
Önu da qeyd edək ki, hazırda ölkədə banklardan əlavə olaraq, 160 bank olmayan kredit təşkilatı və 113 kredit ittifaqı fəaliyyət göstərməkdədir.

Son xəbərlər
Digər xəbərlər