Böyük Britaniya Amerikanın “Pfizer” və onun tərəfdaşı Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi koronavirus peyvəndinin istifadə edilməsinə icazə verib.
Banker.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirildiyi kimi, ümumilikdə “Pfizer” və “BioNTech” Böyük Britaniyaya 2020-2021-ci illərdə 40 milyon doza satacaq.