8 C
Baku
Friday, December 13, 2024

Azexport.az platforması ilə xaricə ixracın həcmi 14% azalıb

Azərbaycanda 2017-ci ildən xaricə mal ixracı üçün yaradılan “Azexport.az” onlayn ticarət platformasından cari il ərzində ixrac edilən məhsulların həcmi açıqlanıb.

Banker.az məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Azexport.az” portalından 512.2 mln. ABŞ dolları həcmində məhsul ixrac edilib. Bu da öncəki ilin Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 83.5 mln. dollar, yəni, 14% az olması deməkdir.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə milli platformadan 475 mln. dollar,  2018-ci ildə 514.1 mln. dollar və 2019-cu ildə isə 595.7 mln. dollar həcmində məhsul ixrac edilib.

Xaricə satılan məhsulların cəmi 49.8 milyon dolları oktyabr ayı ərzində gerçəkləşib.

Son xəbərlər
Digər xəbərlər