Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin koronavirusa yoluxub.
“RİA Novosti”nin xəbərinə görə, bu barədə onun özü “Twitter” hesabında paylaşım edib.
“Məni də tutdu: COVID-19-un nəticəsi müsbətdir”, – deyə o bildirib.
Зацепило и меня: положительный тест на Ковид. Пока проходит сносно, самоизолируюсь и лечусь. Берегите себя!
— Алексей Кудрин (@Aleksei_Kudrin) December 2, 2020
Xəstəliyi orta keçirdiyini deyən Kudrin özünü təcrid etdiyini və müalicə olunduğunu bildirib.
“Özünüzü qoruyun”, – deyə o əlavə edib.