2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 56.8 ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı 6,1 milyon ABŞ dolları və yaxud 9,7% azalıb.
Qeyd edək ki, təkcə oktyabr ayında Azərbaycandan 4,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.