“Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş Dağlıq Qarabağla bağlı razılaşma, həqiqətən, tarixidir”.
“RİA Novosti” xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
O, bu razılaşmanın regionda uzunmüddətli sülhün bərqərar olmasına kömək edəcəyinə əminliyini ifadə edib.