13 C
Baku
Monday, March 10, 2025

İdarə Heyəti sədrinin köməkçisi – Bakı (Kredaqro)

İŞÇININ VƏZIFƏSI:

1. Təşkilatın İdarə Heyətinin (Menecment), Əsas vəsaitlər üzrə Komissiyanın, Tender Komitəsinin, Aktiv və Passivlərin İidarəedilməsi Komitəsinin, Müşahidə Şurasının iclaslarını protokollaşdırmaq və protokolları qoruyub saxlamaq;
2. Təşkilatın İdarə Heyəti sədrinin biznes səyahəti üçün müvafiq təşkilatı işləri aparmaq;
3. İşi ilə əlaqədar müəyyən şəxslər, təşkilatlar, müəssisələrlə telefon əlaqəsi yaratmaq və onlarla keçiriləcək görüşün vaxtını, yerini dəqiqləşdirmək;
4. Keçiriləcək iclasların cədvəllərini hazırlamaq;
5. İdarə Heyəti sədrinə ünvanlanmış zəng və məktubları qəbul etmək;
6. İdarə Heyəti sədrinin görüşləri ilə bağlı cədvəl hazırlamaq və İdarə Heyəti sədrini mütəmadi olaraq cədvəllə tanış eləmək;
7. İdarə Heyəti sədrinin gündəlik, həftəlik və aylıq iş planını hazırlamaq;
8. Təşkilata xarici qonaqlar gələn zaman və digər hallarda lazım olduqda tərcümə işi görmək;
9. Təşkilat adından azərbaycan və ingilis dillərində rəsmi məktublar hazırlamaq.
10. Müvafiq sənədləri, məktubları, müqavilələri ingilis dilindən azərbaycan dilinə və əksinə tərcümə etmək;
11. İdarə Heyəti sədri ilə birlikdə biznes ezamiyyələrində iştirak etmək;
12.”KredAqro”nun fəaliyyəti ilə bağlı İdarə Heyəti sədrinin digər tapşırıqlarını yerinə yetirmək.

TƏLƏBLƏR:

– Sənədlərlə işin təşkilini, sənədlərin tərtib edilməsi qaydasını;
– Səmimi və mehriban xasiyyətə malik olmaq;
– Azərbaycan dilini mükəmməl (şifahi və yazı), ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.
– Ümumi PC, ofis proqramlarından istifadə qaydasını;
– Əmək mədəniyyəti və xidməti etikanı;
– Əməyin mühafizəsini, təhlükəsizlik texnikasını və yanğından mühafizə qaydalarını
.

maaş + rüblük bonus

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər