Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası haqqında” 1994-cü il 3 mart tarixli 93 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” 1999-cu il 11 avqust tarixli 128 nömrəli qərarlarında dəyişiklik edilib.
Bunu Baş nazir Əli Əsədov imzalayıb.
Sənəddə deyilir,
“Komissiyanın sədri
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri
Azərbaycan Avtomobil Federasiyasının baş katibi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin baş mühəndisi, Komissiyanın məsul katibi.