Şərti olaraq ABŞ-ın prezidenti seçilən Co Bayden ölkə iqtisadiyyatını stimullaşdırmaq üçün 900 milyard dollar vəsait ayıracaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Hesab edirəm ki, bu yaxşı bir başlanğıcdır, amma bu da kifayət deyil”, – deyə Bayden CNN-ə verdiyi müsahibədə respublikaçılar və demokratların Konqresdə müzakirə etdiyi qanun layihəsini şərh edib.
“Layihənin qəbul olunmasının tərəfdarıyam”, – deyə Bayden əlavə edib.
Xatırladaq ki, avqust ayından bəri ABŞ Konqresi iqtisadiyyatın stimullaşdırılmasına 3 trilyon dollardan çox vəsait ayırıb.