23 C
Baku
Sunday, September 29, 2024

Danimarka neft və qaz hasilatından imtina etməyə qərar verib

Danimarka hökuməti 2050-ci ilədək Şimal dənizində neft və qaz hasilatını tamamilə dayandırma qərar verib.

Bu barədə Banker.az xarici KİV-ə istinadən xəbər verir.

Ölkənin iqlim və energetika naziri Dan Jorgensen cümə günü bu hədəfə çatmaq üçün ölkənin səkkizinci lisenziyalaşdırma raundundan və Şimal dənizindəki yataqların işlənməsinə aid olan gələcək tenderlərdən imtina etdiyini söyləyib.

“Biz mədənçilik dövrünə son qoyuruq”, – deyə nazir vurğulayıb.

Nazirliyin qiymətləndirmələrinə görə, tendenrlərdən imtina və karbohidrogen istehsalının dayandırılması Danimarka büdcəsinə 13 milyard krona (təxminən 2,1 milyard dollar) başa gələcək.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Danimarka parlamenti iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri paketi qəbul edib. Akta uyğun olaraq, Danimarkanın indiki və gələcək hökuməti 2030-cu ilə qədər ölkədə zərərli qazların tullantılarının həcmini 70% azaltmalıdır, 2050-ci ilə qədər isə karbon neytrallığı səviyyəsinə çatmalıdır.

Son xəbərlər
Digər xəbərlər