15 C
Baku
Sunday, November 24, 2024

Kreml: Dağlıq Qarabağın kimə aid olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə çoxdan müəyyən olunub

Rusiyanın da digər ölkələr kimi Dağlıq Qarabağın statusuna dair mövqeyi dəyişməyib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın kimə məxsus olması kifayət qədər çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunub.

“Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib”, – deyə o vurğulayıb.

D. Peskov Rusiya Prezidentinin Ermənistanın özünün belə Dağlıq Qarabağı tanımadığı fikrini xatırladıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər