2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 158.7 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq mahlıcı ixracının 16.6 milyon ABŞ dolları yaxud 12% artması deməkdir. 2019-cu ilin yanvar-oktyabr aylarında isə ixracın məbləği 142.1 milyon ABŞ dolları olub.
Cari ilin təkcə oktyabr ayında isə 12 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac olunub. Ötən ilin eyni dövründə bu göstərici 5 milyon ABŞ dolları idi. Belə ki, illik müqayisədə oktyabrda pambıq mahlıcının dəyəri 2.4 dəfə artıb.