7 C
Baku
Sunday, December 15, 2024

TV-də baş vermiş ən qeyri-adi faktlar

1974-cü ildə Floridanın WXLT-TV kanalında canlı efirdə tele jurnalist Christine Chubbuck özünə qəsd etmişdi. Bu qadın jurnalist qətllər və kriminal xəbərlər hazırlamağa cavabdeh idi. Onun verilişinin 8-ci dəqiqəsində efirdə xəta baş verir və restoranda atışma ilə bağlı sujet efirə getmir. Bunu görən Chubbuck deyir: “Kanalımızın ən qəddar və “vəhşi” səhnələri böyük həvəslə yayımlamaq siyasətinə uyğun olaraq siz canlı yayımda ilk özünə-qəsdin şahidi olacaqsınız”. Jurnalist bunu dedikdən sonra tapançanı çıxarır, başına tərəf aparır və tətiyi çəkir.

1 iyul 2007-ci il tarixində Hollandiyanın BNN kanalında “De Grote Donorshow” adlı reality-show yayımlanır. Şounun əsas qəhrəmanı ölümcül xəstə olanq adın olur. Onun bu zaman 37 yaşı var idi. O öz böyrəyini ehtiyacı olan birinə vermək qərarına gəlmişdi. Veriliş ərzində tamaşaçılar SMS səs vermə yolu ilə böyrəyin 25 namizəddən hansına verilməsinə səs verirdilər. Veriliş başa çatdıqda isə bildirilir ki, bu qadın aktrisadır və tamamilə sağlamdır. Şounun əsas məqsədi Hollandiyada nə dərəcədə donor çatışmazlığının olduğuna diqqət çəkmək idi. Təbii ki, şounun müəllifləri öz ünvanlarına qarşı çoxlu sayda tənqid və təhqir qazanırlar. Maraqlıdır ki, verilişdən sonra qeydə alınmış donorların sayı əhəmiyyətli sayda artmışdı.

Amerika həbsxanalarının tarixində məhkumların cəza növünün dəyişdirilməsində – edamın ömürlük cəza ilə dəyişdirilməsində iki hal mövcud idi. Lakin bu insanlar onsuzda elektrikli stul ilə öldürülürdü. Mike Anderson Godwin isə özü-özünü elektrikli stul ilə edam etmişdi. O televizoru təmir edərkən öz kamerasında yerləşən metal “unitaz”-ın üzərində əyləşmişdi. Bu hadisə 1974-cü ildə baş vermişdi. O məftilləri dişlədikdə qısa qapanma baş verir və onu cərəyan vurur. 1997-ci ildə məhkum Lawrence Baker ilə də eyni hadisə baş vermişdi. O da belə bir metal “unitaz” üzərində əyləşərək özü düzəltdiyi qulaqlıqlarla televizora baxırdı. O da cərəyan vurmasından həlak olur.

Son xəbərlər
Digər xəbərlər