Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu 2021-ci ildə buraxılış gücünün artırılması məqsədilə bazar sınağı keçirəcək. Boru kəmərinin buraxılışı gücünün iki dəfə, hazırkı ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.
O, layihənin artıq işə salındığını bildirib:
“Cənub Qaz Dəhlizi”nin açılışı Avropanın enerji təhlükəsizliyi yolunda başlıca addımdır. 10 milyard kubmetr qazın hesabına TAP Bolqarıstanın, Yunanıstanın və İtaliyanın qaz tələbatının müəyyən hissəsini qarşılaya biləcək. TAP, həmçinin Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB), İon-Adriatik boru kəməri (IAP) kimi enerji infrastrukturları ilə əlaqələnməklə Cənub-Şərqi Avropanın bazar inteqrasiyasını dəstəkləyəcək”.