10 C
Baku
Friday, December 13, 2024

Tunisdə komendant saatının vaxtı uzadıldı

Tunisdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan komendant saatı dekabr ayının 30-nə qədər uzadılıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin bəyanatında qeyd olunub.

Bildirilib ki, yerli vaxtla axşam saat 20:00-dan səhər 05:00-a qədər küçəyə çıxmaq qadağandır.

Eyni zamanda yarmarkaların, konfransların və iclasların keçirilməsinə qoyulan qadağa qüvvədə qalıb, kafe və restoranlar 19:00-da işini dayandırır və 16:00-dan sonra yeni müştəri qəbul edə bilməyəcəklər. Bundan başqa, ictimai yerlərdə qəlyan çəkmək olmaz, dəvət olunanların sayı 30 nəfərdən çox olmayan toy və dəfn mərasimlərinin keçirilməsinə icazə verilir.

Həmçinin, ölkədə ictimai yerlərdə tibbi maska taxmaq və sosial məsafəni qorumaq da məcburidir. Məhdudlaşdırıcı tədbirlərə riayət olunmasına nəzarət regional orqanlara həvalə edilib.

Tunis Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 102 991 min nəfərin koronavirusa yoluxması qeydə alınıb, infeksiyadan 3 526 pasiyent ölüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər