Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 dekabrda İranın paytaxtı Tehran şəhərinə səfər edəcək.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında bildirib.
O qeyd edib ki, C. Bayramov səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.