6 C
Baku
Saturday, December 14, 2024

Vyetnam istehsal etdiyi COVID-19 əleyhinə vaksinin insan üzərində sınaqlarına başlayır

Vyetnam istehsal etdiyi koronavirus əleyhinə peyvəndin insan üzərində sınaqlarına dekabrın 10-u başlayacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, ölkədə peyvənd istehsalı üzərində üç şirkət işləyib. Onların üçü də heyvanlar üzərində sınaqlarını başa çatdırıb.

“Nanogen” əczaçılıq şirkəti insanlar üzərində sınaqlara başlamağa hazır olduğunu açıqlayıb. Vyetnam Səhiyyə Nazirliyinin rəhbəri vaksin üzərində işlə yanaşı, ölkənin bu sahədə xarici şirkətlərlə də əməkdaşlıq edəcəyini söyləyib.

Məsələn, uzun müddətdir müxtəlif vaksinlərin istehsalı ilə məşğul olan “Polivas” şirkəti Rusiya və Çinlə əməkdaşlıq edəcək.

Qeyd edək ki, pandemiya başlayandan Vyetnamda 1366 yoluxma halı qeydə alınıb, onlardan 1220 nəfər sağalıb, 35 nəfər isə dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər