21 C
Baku
Thursday, October 17, 2024

SOCAR İsveçrədə 200-cü yanacaqdoldurma məntəqəsini açıb

“SOCAR Energy Switzerland” şirkəti İsveçrədə 200-cü yanacaqdoldurma məntəqəsini açıb.

Banker.az “SOCAR Energy Switzerland”ə istinadən xəbər verir ki,  şirkət 198-ci məntəqəni Stalvedro, 199-cu məntəqəni Mayringen, 200-cü məntəqəni isə İnnertkirxen qəsəbələrində işə salıb.

Qeyd edək ki, “SOCAR Energy Switzerland” İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.

Son xəbərlər
Digər xəbərlər