Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Almaniya kansleri Angela Merkel ilə Dağlıq Qarabağı müzakirə edib.
Banker.az bu barədə “İz.ru” ya istinadən xəbər verir.
“Almaniya kansleri Angela Merkel ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib. Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün həyata keçirilən vasitəçilik səyləri, habelə təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın razılığı ilə yerləşdirilən rus sülhməramlılarının fəaliyyəti barədə məlumat verib”, – Kreml bildirib.
Tərəflər ATƏT-in Minsk Qrupu çərçivəsində gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Eyni zamanda Putin və Merkel Dağlıq Qarabağa beynəlxalq strukturların cəlb edilməsinin vacibliyini qeyd ediblər.