2 C
Baku
Saturday, December 14, 2024

Nağdsız ödənişlərin həcmi 984 mln manata çatıb

1 oktyabr tarixində ölkədə ödəniş kartları ümumi sayı 5 991 min ədəd təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə ödəniş kartlarının ümumi sayı 125 min artıb.

Debet kartlarına gəldikdə isə, sosial kartlar 2 558 min , əmək haqqı kartları 1 413 min, digər kartlar isə 767 min ədədə çatıb.

Həmçinin dövriyyədə olan ödəniş kartlarından kredit kartları 1 254 min ədəd olub. Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı son bir ay ərzində 317 mini keçərək 6 668 minə çatıb. Əməliyyatların həcmi isə 984 mln manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər