2021-ci ildə Dünya İqtisadi Forumu (DİF) İsveçrənin Davos şəhərində deyil, Sinqapurda keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə prezident Borqe Brendenin məktubuna istinadən “Reuters” məlumat verib.
Brende bu qərarı “çox vacib” adlandırıb və forumun 13-16 may tarixlərində keçiriləcəyini bildirib. Tədbirin koronavirus pandemiyası fonunda Sinqapura köçürülməsi, iştirakçıların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsində müəyyən çətinliklərin olması ilə bağlıdır.
Hələ avqust ayının sonunda forumun təşkilatçıları Covid-19 səbəbindən keçirilmə tarixini yanvar ayından 2021-ci ilin ortalarına saldığını elan etdmişdilər. Bu, forumun ikinci dəfədir ki, Davosda yox, başqa bir şəhərdə keçirildiyi haldır. 2002-ci ildə tədbir 11 sentyabr terror hadisəsindən sonra ABŞ-a həmrəylik olaraq Nyu-Yorkda keçirilib.