2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarda müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılacaq.
Bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələri aşağıdakılardır:
1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
– elmi-tədqiqat və laborator xidmətləri;
– xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
– baytarlıq xidmətləri;
– tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
– sosial xidmətlər;
– əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
– kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
– elektrik enerjisinin istehsalı və təchizatı;
– su təchizatı və meliorasiya;
– telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
– hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
– dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
– logistika xidmətləri; 3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas istehsalat sahələri üzrə:
– müdafiə sənayesi məhsullarının istehsalı;
– maşınqayırma sənayesi üzrə fəaliyyət;
– neft avadanlıqları və qurğularının istehsalı;
– qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
– gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
– kimyəvi məhsulların istehsalı;
– kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 4.8. əkinçilik və məhsul yığımı; 4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
– neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
– metallurgiya sənayesi üzrə fəaliyyət;
-tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
– mühəndislik və layihələndirmə xidmətləri;
– mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
– qablaşdırma məhsullarının istehsalı;
– daş, metal və taxta məhsullarının istehsalı;
– mebel istehsalı və təmiri;
– diri heyvanların kəsimi.
5. Pərakəndə və topdan satış üzrə:
– ərzaq mağazaları (supermaketlər, bazarlar);
– apteklər;
– yanacaq doldurma məntəqələri;
– Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
– Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).
Məişət xidmətləri üzrə:
– məişət tullantılarının yığılması və utilizasiyası;
– poçt xidmətləri;
– kimyəvi təmizləmə;
– mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
– avtomobillərin təmiri; 6.6. avtomobil yuyulma məntəqələri;
– heyvan sığınacaqları;
7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:
– banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
– investisiya şirkətləri, fond birjaları;
– sığorta təşkilatları;
– ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
9. Xüsusi xidmət növləri üzrə:
– çatdırılma xidmətləri;
– məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;
– dezinfeksiya xidmətləri.
10. Vəkillik fəaliyyəti.
11. Otellərin fəaliyyəti.
12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.