24 C
Baku
Sunday, September 29, 2024

Gələn il “Brent” neftinin bir barrelinin qiyməti 49 dollar olacaq – Proqnoz

Birləşmiş Ştatlar “Brent” markalı xam neftin qiyməti ilə bağlı proqnozunu artırıb.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata görə, EIA cari ildə “Brent”in bir barrelinin orta qiymətinin 41,4 dollar olacağını nəzərdə tutur. Ötənaykı proqnoz isə 40,6 dollar/barrel idi.

EIA bildirib ki, ilin birinci rübündə “Brent”in orta qiyməti 50 dollar/barrel, ikinci rübdə 29 dollar/barrel, üçüncü rübdə 43,9 dollar/barrel olub.

Gələn il isə “Brent”in orta qiyməti 49 dollar/barrel təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər