24 C
Baku
Sunday, September 29, 2024

“Goldman Sachs” gələn ilin sonunadək neftin qiymətinin 65 dollara çatacağını gözləyir

“Goldman Sachs” investisiya bankının xammal bazarları üzrə baş analitiki Cefri Kürri bildirib ki, ABŞ dollarının zəifləməsi və alternativ enerjiyə keçid prosesləri bazarda neftə olan tələbatı artıracaq.

“Financial Times”ın canlı yayımında çıxış edən analitik bildirib ki, “yaşıl” enerji infrastruktur layihələrinin icrası üçün əsasən neft istifadə olunacaq və beləliklə, neftə olan tələbat bazarda stabil tempdə artacaq.

C. Kürri qeyd edib ki, 2021-ci ilin sonuna “Goldman Sachs” neftin bir barelinin qiymətinin 65 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır. Bundan əlavə, bank bazarda tələbatın bərpa olunacağını gözləyir və 2022-ci ildə neftə olan qlobal tələbatın gündəlik 102,5 mln. barelə çatacağını güman edir.

Bundan başqa, analitik vurğulayıb ki, tədricən kütləvi istifadəyə verilən COVID-19-a qarşı peyvənd bu prosesdə katalizator rolu oynayacaq və gözlənilən nəticələri daha da yaxşılaşdıra bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər