Bu ilin noyabr ayında Çində istehlak qiymətlərinin indeksi illik müqayisədə 0,5% azalıb ki, bu da 2009-cu ilin oktyabr ayından bəri ilk dəfə qeydə alınan illik deflyasiyadır.
Ölkədə deflyasiyanın əsas drayverləri donuz ətinin və yumurtanın qiymətlərinin illik müqayisədə müvafiq olaraq 12,5% və 17,1% azalması olub. Öz növbəsində, donuz ətinin qiymətinin azalması bazarda sözügedən məhsulunun çoxalmasından və ona olan tələbatın azalmasından irəli gəlib.
Qeyd edək ki, Çin hökuməti 2020-ci il üçün inflyasiyanın hədəf səviyyəsini 3,5% təyin edib. Ötən il bu göstərici 3%-ə bərabər idi.