“Gürcüstan iqtisadiyyatının bu il 5% kiçiləcəyi ilə bağlı proqnoz kifayət qədər realdır”.
Bu barədə ölkənin Milli Bankının sədri Koba Qvenetadze bildirib.
O, ilk 10 ayda Gürcüstan iqtisadiyyatında 5,1% azalmanın qeydə alındığını deyib: “Noyabr-dekabr aylarında da təxminən bu səviyyədə geriləmə gözlənilir”.
Baş bankin sözlərinə görə, 2021-ci ildə ölkədə 5%-lik iqtisadi artıma nail olunacaq.
Xatırladaq ki, qonşu ölkənin 2021-ci il üzrə dövlət büdcəsində iqtisadi artım 4,3% səviyyəsində müəyyən edilib.