6 C
Baku
Sunday, December 15, 2024

Neftin qiyməti yenidən 49 dolları ötdü – Analitiklər nə deyir?

COVID-19 peyvəndinin tətbiqinin başlanmasından və eləcə də nüfuzlu “Goldman Sach”ın neftin gələn ilin sonuna qədər bahalaşacağı proqnozundan sonra neft-qaz bazarı üzrə treyderlər üçün müsbət baxış yaradır.

Banker.az Bloomberg-in göstəricilərinə istinadən xəbər verir ki, Brent markalı xam neftin bir barreli fevral fyuçerslərində 48 sent, yəni, 0.98% bahalaşmaqla 49.32 dollara yüksəlib. WTI markalı xam neftin bir barreli 46.06 dollar olub. Bu da sessiya ərzində 46 sent, 1.01% bahalaşma deməkdir.

“Goldman Sachs” investisiya bankının baş əmtəə analitiki Cefri Kürri dolların zəifləməsi və alternativ enerjiyə keçidin bazarda neft tələbini artıracağını qeyd edib. O deyib ki, neftin yaşıl enerji üzrə infrastruktur layihələrinin icrası üçün istifadə ediləcək və beləliklə bazarda neftə olan tələb durmadan artıracaq.

65 DOLLAR OLACAQ?

“Goldman Sachs”ın proqnozlarına görə, neft qiymətinin 2021-ci ilin sonuna qədər 65$-a çatacağını qeyd etdi. Bundan əlavə, bank bazarda tələbin canlanacağını və 2022-ci ildə gündəlik qlobal neft tələbinin 102.5 milyon barelə çatacağını gözləyir.

Lakin “Fitch” reytinq agenliyi isə bir qədər fərqli düşünür. Agentlik deyir ki, neft tələbatının qarşıdakı ilin ikinci yarısına qədər aşağı səviyyədə qalacağını gözləyirik: “Ümumi peyvəndləmə ilə bağlı irəliləyişlər çox güman ki, sürətli olmayacaq. OPEC-in tələb-təklif tarazlığı ilə əlaqədar səyləri nəticəsində gələn il orta qiymətin 45 dollar olacağını gözləyirik”.

Enerji İnformasiya Administrasiyasının (EIA) bildirib ki, ilin birinci rübündə “Brent”in bir barrel üzrə orta qiyməti 50 dollar, ikinci rübdə 29 dollar, üçüncü rübdə 43.9 dollar olub. Gələn il isə “Brent”in orta qiyməti 49 dollar/barrel təşkil edəcəyini proqnoz edir.

Çətinliklərin neft bazarındakı tarazlığa təsir etdiyi İraqa Çin öz kömək əlini uzatmağa qərar verib. Bloomberg yazır ki, İraq Çinin “ZhenHua Oil Co.” şirkəti ilə milyard dollarlıq müqavilə imzalamağa hazırlaşır.

Bu arada Amerikanın dərman hazırlayan “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri tərəfindən birgə hazırlanmış peyvəndin sınaqları zamanı 6 nəfər öldüyü açıqlanıb. “Pfizer” sınağı keçirilən COCID-19 peyvəndi edilənlərin ölüm səbəbini xəstələrin aldığı müalicə ilə əlaqələndirir.

 

Son xəbərlər
Digər xəbərlər