5 C
Baku
Saturday, December 14, 2024

Nyu-York birjası geriləmə ilə bağlanıb

Nyu-York birjasında indekslər ABŞ iqtisadiyyatı üçün ayrılacaq stimul paketinin həcmi ilə bağlı mübahisələr fonunda düşüb.

“Dow Jones” sənaye indeksi 105,07 bənd (0,35%) enişlə 30 068,81 bəndə, “Standard & Poor 500” indeksi də 29,43 bənd (0,79 %) azalma ilə 3 672,82 bəndə geriləyib.

“Nasdaq” elektron indeksi də 243,82 bənd (1,94%) geriləyərək 12 338,95 bəndə düşüb.

WTI markalı neftin yanvar müqavilələri 0,01 faiz bahalaşaraq 45,61 ABŞ dollarından, qızıl isə 1,72 faiz ucuzlaşaraq 1 842,60 ABŞ dollarından satılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər