12 C
Baku
Monday, September 30, 2024

“Facebook” ABŞ-ın antimonopoliya iddialarına cavab verib

“Facebook” şirkəti dövlət baş prokurorları və Federal Ticarət Komissiyasının (FTC) məhkəmə iddialarının “tarixə yenidən baxış” olduğunu bildirib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın 48 ştatının baş prokurorları və Federal Ticarət Komissiyası “Facebook”a qarşı antimonopoliya iddialarını qaldıraraq, şirkəti rəqabəti pozmaqda günahlandırmışdır.

Komissiya həmçinin “Instagram” və “WhatsApp” daxil olmaqla, “Facebook” səhmlərinin bir hissəsinin satılmasını tələb edir.

“WhatsApp” və “Instagram”ı əldə etdikdə, bu şirkətlərin “Facebook” istifadəçilərinə böyük fayda gətirəcəyinə inanırdıq. Və biz bunu etdik”, – deyə şirkət ittihamlara cavab verib.

Son xəbərlər
Digər xəbərlər