10 C
Baku
Thursday, December 12, 2024

“Akelik Group”un 7 mln. manat vergi borcu var

Azərbaycanla barəabər xarici ölkələrdə də fəaliyyət göstərən tikinti şirkəti “Akelik Group” ASC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Banker.az-a daxil olan məlumata görə, “Akelik Group” Dövlət Vergi Xidməti yanında Milli Gəlirlər Departamenti barəsində “qərar müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” olub. İnzibati məhkəmə də kommersiya şirkətinin iddiasını təmin edib.

Lakin, Milli Gəlirlər Departamenti bu qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Bir faktı da qeyd edək ki, 9 dekabr 2020-ci il tarixinə olan məlumata görə, “Akelik Group”un 7 309 727 manatlıq vergi borcu var.

Xatırladaq ki, 2011-ci ildə yaradılan “Akelik Group”un 33 mln. manat nizamnamə kapitalı var.

 

 

Son xəbərlər
Digər xəbərlər