2 C
Baku
Saturday, December 14, 2024

“Hyundai” robot istehsal edən “Boston Dynamics” şirkətini 921 mln. dollara aldı

“Hyundai Motor” 921 milyon dollara Amerikanın robot istehsal edən “Boston Dynamics” şirkətini alıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl istehsalçı “SoftBank”a məxsus olub.

Bildirildiyi kimi, razılaşma 10 dekabrda “Hyundai” şirkətinin direktorlar şurasının iclasında əldə ediləcək. Digər təfərrüatlar hələ açıqlanmır.

Xatırladaq ki, daha əvvəl belə bir təklif barədə “Bloomberg” yazmışdı. O, 1 milyard dollara çata biləcək məbləğdən bəhs etmişdi.

Noyabr ayında “The Korea Economic Daily” “Hyundai Motor” şirkətinin “Goldman Sachs”ı hüquqi məsləhətçi olaraq işə götürdüyünü açıqlamışdı. Beləliklə, “Hyundai” 1992-ci ildə təsis edilən “Boston Dynamics”in üçüncü sahibi olacaq.

2013-cü ildə şirkət “Google”, 2017-ci ildə isə “SoftBank” tərəfindən alınıb.

Son xəbərlər
Digər xəbərlər