10 C
Baku
Friday, December 13, 2024

Kreml pomidor və alma qadağasına münasibət bildirib

Kreml Azərbaycan və Ermənistandan meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov bu məsələnin Kremlə aid olmadığını vurğulayıb.

Onun sözlərinə görə, meyvə-tərəvəzə qadağa qoyulması Kremlin deyil, profil qurumun səlahiyyətində olan məsələdir: “Təbii ki, bütün bunlar Nazirlər Kabineti ilə qarşılıqlı fəaliyyətdə edilir. Bu qərarların qəbul edilməsi ilə bağlı dəqiq kriteriyalar var. Bilirsiniz ki, bu qərarlar viruslarla bağlı pandemiya şəraitində qəbul olunub. Əlbəttə ki, buna xüsusi diqqət yetirilir. Ona görə də, həmin qurumun öz fəaliyyətini Kremllə razılaşdırmaq kimi vəzifəsi yoxdur”.

Qeyd edək ki, “Rosselxoznadzor” Azərbaycandan pomidor və alma, Ermənistandan isə pomidor və bibər idxalına qadağa qoyub. ​

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər