24 C
Baku
Sunday, September 29, 2024

“OPEC+” sazişinin əsas iştirakçılarından biri neft ixracını 11% azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Rusiya 199,86 mln. ton neft ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 11 %azdır.

Rusiya Federal Gömrük Xidmətinin verdiyi məlumata görə, Rusiyanın yanvar-oktyabr aylarında ixrac etdiyi neftin dəyəri 60,33 mlrd. ABŞ dollarına yaxın olub ki, bu da illik ifadədə 41,1% azdır.

Qeyd edək ki, Rusiya “OPEC+” (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) razılaşmasının ən vacib iştirakçılarından biridir. Xatırladaq ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu. Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin dekabr ayında keçirilmiş 12-ci iclasında gündəlik neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Sözügedən qərarı Azərbaycan da dəstəkləyib.

Son xəbərlər
Digər xəbərlər