9 C
Baku
Thursday, December 12, 2024

Ən çox kitab oxuyan ölkələr – SİYAHI

“NOP World” təşkilatı dünyanın müxtəlif ölkələrində yaşayan insanların həftədə neçə saat kitab oxuması, televizora baxması, radio dinləməsi və asudə vaxtlarda kompüterdən (işdən kənar) istifadə etməsini müəyyən edib.

Alınmış nəticələrdən sonra məlum olub ki, televizora daha çox tailandlılar baxır (22 saat 24 dəqiqə). Argentinalılar isə radio dinləməkdə birinciliyə çıxıblar (20 saat 48 dəqiqə). Kompüter qarşısında ən çox oturanlar isə Tayvan sakinləridir (12 saat 36 dəqiqə).

Ən çox kitab oxuyan ölkələr bunlardır:

10-11-ci yerlər – Macarıstan, Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə)
9-8-ci yerlər – İsveç və Fransa (6 saat 54 dəqiqə)
7-ci yer – Rusiya (7 saat 6 dəqiqə)
6-cı yer – Çexiya (7 saat 24 dəqiqə)
5-ci yer – Misir (7 saat 30 dəqiqə)
4-cü yer – Filippin (7 saat 36 dəqiqə)
3-cü yer – Çin (8 saat)
2-ci yer – Tailand (9 saat 24 dəqiqə)

Ən çox kitab oxuyan sakinlər isə Hindistanda yaşayır. Onlar həftənin 10 saat 42 dəqiqəsini kitab oxumağa sərf edirlər.

Bizimyol

Son xəbərlər
Digər xəbərlər