Avropa İttifaqı ölkələri cümə günü Brüsseldə keçirilən sammitdə, Şərqi Aralıq dənizində qanunsuz qazma işlərinə görə Türkiyəyə qarşı tətbiq olunan sanksiyalar siyahısını genişləndirməyə razılaşdılar.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Aİ liderləri Türkiyənin Şərqi Aralıq dənizində qanunsuz qazma işləri ilə əlaqədar məhdudlaşdırıcı tətbiqlərlə bağlı 11 noyabr 2019-cu il tarixli qərara əsasən, sanksiya siyahısını genişləndirməyə razılaşıb”, – sənəddə deyilir.
Bildirildiyi kimi, təşkilat üzv dövlətlərin maraqlarını müdafiə etməyə davam edəcək.
Qeyd edək ki, hal-hazırda Şərqi Aralıq dənizindəki Kiprin ərazi sularında qanunsuz qazma işlərinə görə sanksiyalar mövcuddur. Noyabr ayında Aİ bu sanksiyaları daha bir ilə, yəni 12 noyabr 2021-ci ilə qədər uzadıb. Məhdudiyyətlər qazma işlərini aparan şəxslərin Avropa İttifaqına daxil olmasını qadağan etməyi və aktivlərinin dondurulmasını nəzərdə tutur.