Təvəllüd: 1937
Anadan olduğu yer: Kelkit, Türkiyə
Vətəndaşlıq: Türkiyə
Aydın Doğan məktəbi bitirdikdən sonra İqtisadi Akademiyaya (AcademyofEconomics) qəbul olur. 1956-cı ildən etibarən 1960-cı ilə qədər isə o, İstanbulun ticarət təhsil müəssisəsində (Commerce) təhsil almışdır. Bu ticarət təhsil müəssisəsi hal-hazırda Marmara Universiteti adlanır və Türkiyənin ən yaxşı universitetlərindən biri hesab edilir.
Daha sonralar Aydın DoganGroup holdinqini inkişaf etdirməyə başlayır. Bu günkü gündə bu holdinqin tərkibinə bir neçə şirkət daxildir. Onların arasında ən məşhur şirkət PetrolOfisidir.
Bu qlobal neft və qaz müəssisəsi Türkiyənin ən böyük şirkətlərindən biri hesab edilir. Türkiyənin aparıcı neft şirkəti olan PetrolOfisin bazar qiyməti 3 milyarddan çox təşkil edir. Onun əsası 1941-ci ildə qoyulmuşdu və o zamanlar şirkət dövlətin mülkiyyəti hesab edilirdi. Şirkət neft məhsullarını idxal edirdi, daha sonra isə onları təmizləmədən keçirdib yayırdı.
2000-ci ilin 24 iyun tarixində şirkət özəlləşdirilir və onun hissələrinin əksəriyyətini DoganHoldingi əldə edir. Lakin şirkətə Avstriya şirkəti OMV qoşulduqdan sonra DoganHoldingin səlahiyyətləri azalır. Hal-hazırda PetrolOfis şirkətinin prezidenti Melih Türkerdir.
PetrolOfisA. S (PO) şirkətinin texniki xidmətlər üzrə 3300 stansiyası, təxminən 5500 dilerləri, sürtkü yağlarının qarışdırılması üçün 2 qurğusu, 12 terminalları və ümummilli marketinq şəbəkələri var. Həmçinin bu şirkətdə 1600 nəfərdən çox insan çalışır.
PetrolOfisiA.S. (PO) müxtəlif neft və qaz məhsulları istehsal edir. Məsələn, etilləşdirilmiş benzin, dizel yanacağı, maye yanacağı, reaktiv yanacaq, mayeləşdirilmiş qaz (LPG), sürtkü yağları və müxtəlif sənaye yağları.
Petrol şirkəti bir neçə dəfə müxtəlif tədbirlərin sponsoru kimi çıxış edib. Bu tədbirlərin siyahısına avtomobil və yaxta yarışları aiddir. 2006-cı ildən etibarən şirkət Formula Bir yarışlarına sponsorluq edir.
Bundan savayı, Doğana bir sıra dövri nəşrlər (məsələn, Huriyyet və Milliyet qəzetləri ), həmçinin bir neçə televiziya kanalları (ChannelD, StarTV, CNNTurk) da məxsusdur .
Forbes jurnalının dünyanın ən varlı insanlarının reytinqini tərtib etdiyi siyahıda Aydın Doğanın sərvəti 1, 6 milyard dollar göstərilmişdi.