7 C
Baku
Thursday, December 12, 2024

Xalq Bankdan “İpoteka” əmanəti

Xalq Bankın “İpoteka” əmanəti ipoteka krediti ilə mənzil aldıqda tələb olunan ilkin ödənişin yığılması üçün nəzərdə tutulan sərfəli əmanət növüdür. “Ipoteka” əmanəti əmanətçiyə Xalq Bankdan ipoteka krediti götürdükdə bir sıra güzəştlər əldə etmək hüququ verir.

  • İpoteka krediti verildiyi halda, əmanətçi hesablanmış. faizləri itirmədəm əmanəti vaxtından əvvəl tələb edə bilər. Bu zaman əmanətin tam məbləği alınan mənzilin ilkin ödənişinə yönəldilir.
  • “İpoteka” əmanətini yerləşdirən əmanətçiyə ipoteka krediti qüvvədə olan faiz dərəcəsindən 1% aşağı faiz dərəcəsi ilə verilir.
  • Əmanətçi Banka ipoteka üçün müraciət etdikdə onun ərizəsinə növbədənkənar baxılır (yalnız Bankın Daxili ipoteka proqramı üzrə) .

Qeyd etmək lazımdır ki, bu güzəştlər Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən güzəştli ipoteka kreditlərinə şamil edilmir.

Xalq Bankın “İpoteka” əmanəti 12 ay müddətinə, illik 6% faiz dərəcəsi ilə yerləşdirilir. 12 ay bitdikdən sonra əmanətin müddəti əmanətçinin istəyi ilə uzadıla bilər. Əmanətin açılması üçün ilkin minimal məbləğ 200 manatdir. “İpoteka” əmanətinin əsas üstünlüyü əmanətin istənilən vaxt və məhdudiyyətsiz artırılmasının mümkünlüyüdür.

Son xəbərlər
Digər xəbərlər