26 C
Baku
Tuesday, October 8, 2024

Microsoft-un 6 yaşlı ən gənc IT-mütəxəssisi

6 yaşlı bu oğlan Microsoft şirkətinin ən gənc IT-mütəxəssisi adını aldı. O hələ 5 yaşı olarkən Microsoft Certified Professional imtahanından keçib. İndi isə Pakistan əsilli 6 yaşlı britaniyalı Ayan Kureşi ibtidai məktəbə getdi.

Ayanın atası Azim Kureşinin sözlərinə görə, oğlu hələ 3 yaşı olduğu vaxtdan kompüterlərlə maraqlanırdı. Oğlunun böyük həvəsini görən ata isə kompüterlə bağlı bütün bildiklərini oğluna öyrətməyə başlayır. Ayan böyüdükdə isə atası onun üçün kompüter laboratoriyası yaradır və oğlan bütün boş vaxtlarını burada keçirir.

Ayanın imtahandan uğurla keçməsinə baxmayaraq o yalnızca 8 ildən sonra işləyə biləcək. Məktəbli belə ümid edir ki, onun gələcək peşəsi kompüter və riyaziyyatla bağlı olacaq.

Qeyd edək ki, Microsoft Certified Professional imtahanı böyüklər üçün nəzərdə tutulub. Bu imtahanı verməklə əldə edilən sertifikat işə götürənlər tərəfindən yüksək qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər