7 C
Baku
Thursday, December 12, 2024

Uoll-Stritdə döyüşkən öküz

Uoll-Strit maliyyəçilər məhəlləsi hesab olunur. Baxmayaraq ki, Amerikanın bir çox nəhəng maliyyə korporasiyaları artıq çoxdan Manhettenin başqa rayonlarına köçüblər, amma Nyu-York birjası maliyyə dünyasının hadisələrinin qaynadığı əsas yer olaraq qalır. 

Uoll- Stritin yaxınlığında məşhur küçənin vizit kartı hesab edilən – bürüncdən tökülmüş nəhəng, qızışmış öküz heykəli yerləşir. Bu heykəl ram edilməz kapitalizm şəraitində inadcıl birja oyunçularını təcəssüm etdirir.

Iti buynuzlar və gərilmiş əzələləri olan bu qəzəbli heyvan fiquru bütün görkəmi ilə qarşısı alınmaz şəkildə rəqibin üzərinə hücum etmək niyyətini nümayiş etdirir. Uoll-Stritdə yerləşən öküz heykəli maliyyə dünyasının aqressiyasını nümayiş etdirir, mənfəət əldə etmək arzusu ilə yaşayan bu dünya heç nəyə görə geri çəkilməz və onu heç bir qüvvə dayandıra bilməz.

Əsərin müəllifi – italyan mənşəli heykəltəraş Arturo Di Modikadır. O, “qızışmış öküz” heykəlini 1987-ci ildə baş vermiş birja böhranının dərhal ardınca yaradıb və onu 1989-cu ildə Milad bayramı ərəfəsində Nyu-York sakinlərinə hədiyyə edib. Bu heykəli yaratmaq və quraşdırmaq üçün Arturo öz vəsaitlərindən 360 min dollar sərf etmişdir. Heykəlin ümumi çəkisi 3200 kq-dır.

Polislər həmin zaman heykəltəraşın xoşməramlı jestini düzgün qəbul etmir və “öküzü” məhəllədən götürürlər, bunu xüsusi icazənin lazım olması ilə izah edirlər. Lakin ictimaiyyətin şiddətli etirazları şəhər bələdiyyəsini “öküzü” yenidən yerinə qaytarmağa məcbur edir. Lakin bu zaman Nyu-York birjasının yaxınlığındakı ilkin qeydiyyat ünvanını Boulinq-Qrin meydanı ilə əvəz edirlər.

Belə hesab olunur ki, öküz simvolu işlərdə uğur gətirir. Bundan ötrü onun buynuzundan tutmaq lazımdır. Amma heykəli ziyarətə gələnlər təkcə onun baş hissəsini deyil, daha böyük ölçüləri olan bədənin digər əzələlərini də seyr edir və rəngləyirlər. Amma maraqlısı odur ki, heykəlin rənglənmə hüququ hələ də Arturo Di Modikaya məxsusdur.

Buna görə də “öküzün” reklam məqsədi ilə istifadə edilməsi yalnız müəllifin razılığının alınması şərti ilə mümkündür.

Son xəbərlər
Digər xəbərlər