Türkiyədə hesabında bir milyon lirə vəsaiti olan əmanətçilərin sayı bu ilin 10 ayında 96 784 nəfər artmaqla, milyonerlərin əmanətlərinin toplam həcmi 2 trilyon lirənin üzərinə çıxıb. Banker.az bunu Türkiyənin BloombergHT agentliyinə istinadla yazır.
Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) icmal göstəricilərinə görə, ölkədaxili və xaricində yerləşən milyonerlərin oktyabrın sonu etibarilə 322 225 nəfər olub. Əvvəlki ilin analoji dövrində bu rəqəm 225 441 nəfər idi.
Milyonerlərin toplam əmanətlərinin həcmi oktyabrın sonuna 2 trilyon 61 milyard 497 milyon (2 061 497 mln. lirə) çatmışdır. Beləliklə milyonerlərin adambaşına düşən ortalama depozit həcmi 6 milyard 398 min lirə olub.
Ötən ilin sonunda 1 trln. 391 mlrd. 599 mln. lirə səviyyəsində olan milyonerlərin cəmi depozitləri 10 ay müddətində 669 mlrd. 898 mln. lirəlik ( hazırkı məzənnə ilə: 85.2 mlrd. ABŞ dolları) artım deməkdir.
Türkiyənin xaricində olan milyonerlərin sayı 10 ay ərzində (yanvar-oktyabr) 85 765 nəfər artaraq 287 785 yüksəlmişdir. Bu şəxslərin toplam depozitlərinin həcmi isə 1 trln. 924 mlrd. 927 mln. lirəyə yüksəlib.
İllər Əmanətçi sayı Depozit həcmi (milyon TL)
2012 54.461 373.384
2013 70.498 484.901
2014 81.398 533.544
2015 98.497 649.994
2016 115.896 775.142
2017 138.980 909.979
2018 180.126 1.109.859
2019 225.441 1.391.599
Okt. 2020 322.225 2.061.497