19 C
Baku
Sunday, October 13, 2024

Naxçıvan bu il xarici ölkələrlə 450 mln. dollarlıq ticarət əməliyyatı aparıb

2020-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan MR xarici ölkələrlə 450 milyon 839 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Banker.az Yerli Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon 289 min ABŞ dolları və yaxud 3% artım deməkdir.

Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 437 milyon 550 min ABŞ dolları təşkil etmişdi.

Yanvar-noyabr ayları ərzində muxtar respublikanın ixracının dəyəri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 76 min artaraq 387 milyon 540 min ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər