7 C
Baku
Sunday, December 15, 2024

Fransa və Almaniyanın İrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Fransa və Almaniyanın İrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İranın etirazı iki Avropa ölkəsinin nümayəndələrinə çatdırılıb.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə açıqlama verib.

S.Xətibzadə bildirib ki, Fransa və Almaniyanın rəsmi nümayəndələrinə Avropanın digər ölkələrdə terrorun və iğtişaşların dəstəklənməsi ilə bağlı ikili standart yürütdüyü bildirilib.

İran rəsmisi əlavə edib ki, “nüvə alimi Möhsün Fəxrizadənin terror edilməsində lazımi mövqe bildirməyən Avropa dövlətləri bu dəfə dərhal müdaxilə xarakterli addımlar atıblar”.

Qeyd edək ki, İranda 2017-2018-ci il iğtişaşlarında əli olduğu deyilən və İran əleyhinə casusluqda ittiham olunan Ruhulla Zəm adlı şəxsin edamından sonra bır sıra Avropa dövlətləri rəsmi Tehrana qarşı bəyanat veriblər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər