23 C
Baku
Tuesday, October 8, 2024

ABB Rusiyaya İslam maliyyələşdirilməsi xidməti göstərəcək

Azərbaycan Beynəlxalq Bankı Rusiyaya İslam maliyyələşdirilməsi xidmətini göstərməyə başlayır. İslam maliyyəşdirilməsi departamentinin direktoru Behnam Qurbanzadənin sözlərinə görə, bu məqsədlə Moskva-ABB-da alternativ maliyyələşdirilmə şöbəsi açılacaq. Rusiyada bank həm korporativ, həm də pərakəndə islam maliyyə xidmətləri göstərəcək. Ümumilikdə isə ABB müştərilərə artıq altı islam bank məhsullarını təklif edir. Bu, Azərbaycanın MDB-də islam maliyyələşməsi mərkəzi ola biləcəyinə dəlalət edir.

Qurbanzadə bildirmişdir: “Bu ərazidə sözügedən sual ətrafında artan tələbatı nəzərə alsaq, MDB ölkələrində islam maliyyə mərkəzi yaratmaq zəruridir. Bunun üçün MDB ölkələrinin böyük potensialı var. MDB ölkələrinin potensialı dünyada nəhəng islam maliyyəşmə mərkəzləri olan Malayziyanın, Dubayın potensiallarından geri qalmır”.

Həqiqətən də, əgər 10-12 il ərzində bütün düyada məşhur olan Dubay regionun islam maliyyəşmə mərkəzi ola bilibsə, nəyə görə Azərbaycan MDB-də islam maliyyəşmə mərkəzi olmasın?

Bunun üçün bizim ölkədə bütün – coğrafi yerləşmə, tarix, iqtisadi və maliyyə inkişafının səviyyəsi, stabillik, beynəlxalq sazişlər üzrə bütün öhdəliklərin yerinə yetirilməsi şəraitlər var.

Bugünkü gündə Azərbaycanın inkişaf tempi bütün regionun inkişafına təkan verə bilər. Azərbaycan Cənubi Qafqazda liderdir, regionda əsas layihələri idarə edir və bütün strateji partnyorlarla fəal şəkildə əməkdaşlıq etməklə bir çox yeniliklərə imza atır.

İslam maliyyələşməsi yeni bazarlara çıxış üçün dəhliz ola bilər və MDB ölkələri bütün regionun iqtisadiyyatının inkişafına səbəb olacaq yeni maliyyə vəsaitləri əldə edə biləcəklər.

Bankda hətta MDB-də İslam inkişaf bankının yaradılması haqqında da düşünürlər. Bu məsələ artıq 2 ildir ki, müzakirə olunur. Lakin bugünkü gündə MDB ölkələri üçün belə bir təklifi Tanrı payı kimi qiymətləndirmək olar.

Qeyd edək ki, ABB “İslam pəncərəsini” 2012-ci ilin sentyabr ayında ölkədə İslam bankçılığının yaradılması layihəsi çərçivəsində yaradıb. Daha sonradan “pəncərə” əsasında İslam bankçılığı departamenti yaradıldı. Hazırda isə artıq Azərbaycanda İslam bank işi ilə bağlı qanunun qəbul edilməsi üzərində işlənilir. İslam İnkişaf bankı isə bu məqsədlə 200 min dollar dəyərində qrant ayırıb.

Son xəbərlər
Digər xəbərlər