2021-ci ildə neftin qiyməti bir barel üçün 40-60 dollar arasında dəyişəcək və müəyyən şərtlər altında arta bilər.
Banker.az xəbər verir ki, bu barədə “Saxo Bank”ın investisiya direktoru Stin Yakobsen bildirib.
“2021-ci ildə qlobal iqtisadi böyümə proqnozu əksər iqtisadçıların gözləntilərini üstələcəyi təqdirdə, dolların qiyməti bir barel üçün 40-60 dollar aralığında olacaq”, – deyə ekspert söyləyib.
O, həm də OPEC-in rolunun uzun müddətdə zəifləməsini istisna etməyib.
Xatırladaq ki, mart ayında “OPEC+” sazişinin iştirakçı dövlətləri neft hasilatının səviyyəsi ilə bağlı ortaq razılığa gəlmə bilməmişdilər. Bundan sonra Səudiyyə Ərəbistanının hasilatı gündə 10-12 milyon barelə qədər artırmağı və neftin qiymətini endirməyi planlaşdırdığı məlum olub. Bu, cəmi bir neçə gün ərzində neft bazarlarının 30% çökməsinə səbəb olub.
Karbohidrogen bazarında vəziyyəti sabitləşdirmək üçün razılaşma aprel ayında bağlanıb.