9 C
Baku
Friday, November 1, 2024

Dövlət qurumu Qarabağda biznes qurmaq istəyənlərə müraciət etdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan ordusunun sücaəti nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edə bilərlər.

Bu barədə KOBİA-dan məlumat verilib.

Bildirilir ki, Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcək.

İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar müvafiq formanı (https://bit.ly/37dIt12) doldurmaqla KOBİA-ya ([email protected]) təqdim etməlidirlər.

Əlavə məlumat üçün: (+994) 50 551 52 53 və (+994) 55 500 12 30, Ayaz Ədilov.

Son xəbərlər
Digər xəbərlər