6 C
Baku
Monday, December 16, 2024

Azərbaycan 4 aydan sonra Türkmənistandan neft alışını bərpa edib – rəsmi

Özü neft ixrac edən Azərbaycan 2020-ci ildən sonra ilin ilk rübündən sonra ilk dəfə Türmənistandan idxal etdiyi neftin həcmini artırıb. Bu barədə rəsmi mənbələrdən Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, cari ilin ilk 10 ayı ərzində Azərbaycan 883.71 min barrel neft idxal edib (bunun 99.9% Türkəminstandan) idxal edilib. İdxal edilmiş neftə görə Azərbaycan Türkənistana 39.61 mln. dollar vəsait verib.

Cari ilin ilki yanvar və fevral aylarında neft idxalı müvafiq olaraq 294.91 min barrel, 74 min barrel olsa da sonrakı mart və aprel aylarında idxal tamam dayanıb. Son dəfə isə may ayında  220.63 min barrel neft idxal edib. Həmin tarixdə isə Azərbaycan nefti Türkəminstandan yalnız almaqla hər barelini orta qiymətlə 16.04 dollara alıb. Bu yanvar və fevralda isə 67, 65 dollar/barrel qiyməti ilə ölkəyə idxal edilmişdi.

Azərbaycan 4 ay ara verdikdən sonra oktyabr Türkmənistandan neft idxalını bərpa edib. Belə ki, oktyabrda Azərbaycan bu ölkədən 294,17 min barrel neft idxal edib.   Buna görə həmin ölkəyə 11.25 mln. dollar ödəniş edib. Türkmənistandan alınan neftin bir barreli isə Azərbaycana  38.25 dollar təşkil edib.

Azərbaycan ötən ilin ilk 9 ayı ərzində 2 milyon 292.66 min barrel neft idxal etmişdi. Bu neftin 1 698.24 min barreli Rusiya Federasiyası və 594.43 mln. barreli isə Türkmənistanda idxal edilmişdi.

Son xəbərlər
Digər xəbərlər